Səfirin müraciəti

Sizi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin internet səhifəsində salamlamaqdan məmnunluq duyuram. İnternet səhifəsi Azərbaycan, Azərbaycan-İran ikitərəfli münasibətləri, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlıq, eləcə də Səfirlik tərəfindən təşkil olunan tədbirlər və mərasimlər haqqında məlumatları təqdim edir.

Hazırda Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər dinamik inkişaf edir. İran İslam Respublikası 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb və ölkələrimiz arasında diplomatik münasibətlər 12 mart 1992-ci ildə qurulub. Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən dost və qardaş İran İslam Respublikasının dəstəyinin şahidi olmuşdur.  Azərbaycan və İran münasibətləri ortaq tarix, mədəniyyət ilə yanaşı, xalqlarımız arasındakı qohumluq əlaqələrinə və ənənəvi dostluğa söykənir.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi 1992-ci ilin dekabrından fəaliyyət göstərir, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin və əməkdaşlığın təşviq edilməsinə sadiqdir.

İnternet səhifəmizə baş çəkdiyiniz üçün təşəkkür edirik. Sizin fikir və şərhlərinizi yüksək qiymətləndiririk.   

 

Bünyad Hüseynov