ASAN Viza (e- Visa)

AZƏRBAYCAN RESPUBLİKASINA VİZA ALMAĞIN ƏN ASAN YOLU 

 Hörmətli müraciət edənlər!

Elektron viza internet əlaqəsinin olduğu istənilən yerdən asanlıqla əldə edilə bilər. Azərbaycan Respublikasının səfirlikləri və ya konsulluqlarında viza müraciəti üçün sərf edəcəyiniz vaxta qənaət etməyinizə imkan verir.

E-Viza haqqında

www.evisa.gov.az portalı vasitəsi ilə siz 3 addımda (müraciət et, ödəniş et və e-vizanı yüklə) elektron viza (e-Viza) ala bilərsiniz.

e-Viza müraciətləri birnəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup (ən az 10, ən çox 300 nəfər) olmaqla edilə bilər.

e-vizanın etibarlığı 90, qalma müddəti isə 30 gündür.

e-Viza adi qaydada 3 (üç) iş günü, təcili olaraq 3 saat ərzində verilir.

e-Viza müraciət etmiş şəxsin elektron poçtuna göndərilir.

e-Viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir. ölkələrin siyahısı

Müraciətin qaydaları

Adi qaydada e-Viza alınması üçün Azərbaycan Respublikasına planlaşdırılan gəlmə tarixindən ən azı 3 (üç) iş günü əvvəl müraciət edilməlidir.

Müraciət edənin pasportunun etibarlılıq müddəti rəsmiləşdirilməsi nəzərdə tutulan viza müddətindən 3 ay artıq olmalıdır.

Müraciətin qəbul edilməsi barədə bildiriş sistem tərəfindən müraciət edən şəxsin elektron poçtuna göndərilir.

Viza rüsumunun ödənilməsi

Adi e-Viza üçün dövlət rüsumunun məbləği - 20 ABŞ dolları

Təcili e-Viza üçün dövlət rüsumunun məbləği -  50 ABŞ dolları

*  e-Viza müraciətlərinin emal edilməsi məqsədilə əlavə xidmət haqqı da tutulur.

e-Vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş rüsum sistem vasitəsilə elektron qaydada ödənilir

Ödəmə əməliyyatlarının ancaq Visa və Mastercard üzərindən aparılır.

Kartın sizin adınıza olması mütləq deyil.

Viza blankı

e-Viza blankı A4 formatdadır.

e-Viza blankının yuxarı hissəsində maşınla oxuna bilən xüsusi kod yerləşdirilmişdir.

e-Viza blankı itirildikdə, portal üzərindən və ya elektron poçtdan yenidən çap edilə bilər.

e-Vza pasporta yapışdırılmır və çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur.