Çoxdəfəlik giriş vizası

Çoxdəfəlik vizanın rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə təqdim edilməldir:

  1. Tam dəqiqliklə doldurulmuş ərizə-anket (yüklə)
  • http://eapplication.mfa.gov.az internet səhifəsindən də elektron ərizə-anket doldurula bilər;
  • Qeydiyyatdan keçdikdən sonra ərizə-anketi doldurub təsdiq etməlisiniz;
  • Sistem tərəfindən elektron poçt ünvanınıza göndərilən təsdiqlənmiş ərizə-anketi çap etməlisiniz.
  1. Pasportun və ya digər sərhədkeçmə sənədinin əsli və onların əsas səhifələrinin surətləri;
  • Pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti rəsmiləşdirilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən ən azı 3 ay artıq olmalıdır.
  • Pasportun ən az istifadə edilməmiş 2 vərəqi olmalıdır.
  1. Biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd, ağ fonda rəngli fotoşəkil (3x4sm);
  2. Dəvət edən tərəfin vəsatəti (rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur)
  • Vəsatət Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində təsdiqlənməlidir;
  • Əlavə məlumat üçün Konsulluq İdarəsi ilə əlaqə saxlaya bilərsiniz: Ünvan: Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 4, AZ 1009.
  1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
  2. Dəvətin səbəbini təsdiq edən sənəd; 
  3. Notarial qaydada təsdiqlənmiş dəvət məktubu (şəxsi səfər vizası üçün tələb olunur);
  4. Şəxsi səfər vizasının rəsmiləşdirilməsi üçün dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  5. Tibbi sığorta sənədinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
  6. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri
  7. 350 ABŞ dolları dövlət rüsumu
  • Avropa İttifaqına üzv dövlətlərin vətəndaşlarından (Danimarka Krallığı, İrlandiya Respublikası və Böyük Britaniya istisna olmaqla) 35 Avro məbləğində dövlət rüsumu tutulur.

Qeyd: Viza verilməsi üçün ödənilən dövlət rüsumu müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq geri qaytarılmır.