Səfirin tərcümeyi - halı
Bünyad Səməd oğlu Hüseynov
Doğulduğu il və yer:
31 mart 1977-ci il, Ermənistan
Təhsil:
1993-1998 Şərqşünaslıq fakültəsi, Bakı Dövlət Universiteti
2000 (oktyabr-noyabr) Gənc diplomatlar üçün xüsusi kurs, Misir Diplomatiya Akademiyası
2001 (mart-aprel) Azərbaycan Respublikasının Xarici Siyasəti kursu,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
2001 (may-iyun) Gənc diplomatlar üçün xüsusi kurs, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatiya Məktəbi
2015 (sentyabr-dekabr) “Təkmilləşdirilmiş xarici siyasət proqramı 2015”, ADA Universiteti
Əmək fəaliyyəti:
2000 (aprel-avqust) Referent, İslam Konfransı Təşkilatı və İslam Konfransı Təşkilatı ölkələri idarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2000-2001 Attaşe, İkinci Ərazi İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2001-2005 Üçüncü katib, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
2005-2006 İkinci katib, Birinci Ərazi İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2006-2009 Birinci katib, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi
2009-2012 Şöbə müdiri, İkinci Ərazi İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2013-2016 Rəis müavini, Birinci Asiya İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
6 aprel 2016-cı ildə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Xarici dillər:
Fars, rus, ingilis
Ailə vəziyyəti:
Evlidir, iki övladı var