ASAN Viza (e- Visa)
AZƏRBAYCAN RESPUBLİKASINA VİZA ALMAĞIN ƏN ASAN YOLU |
Hörmətli müraciət edənlər!
Elektron viza internet əlaqəsinin olduğu istənilən yerdən asanlıqla əldə edilə bilər. Azərbaycan Respublikasının səfirlikləri və ya konsulluqlarında viza müraciəti üçün sərf edəcəyiniz vaxta qənaət etməyinizə imkan verir.
E-Viza haqqında
www.evisa.gov.az portalı vasitəsi ilə siz 3 addımda (müraciət et, ödəniş et və e-vizanı yüklə) elektron viza (e-Viza) ala bilərsiniz.
e-Viza müraciətləri birnəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup (ən az 10, ən çox 300 nəfər) olmaqla edilə bilər.
e-vizanın etibarlığı 90, qalma müddəti isə 30 gündür.
e-Viza adi qaydada 3 (üç) iş günü, təcili olaraq 3 saat ərzində verilir.
e-Viza müraciət etmiş şəxsin elektron poçtuna göndərilir.
e-Viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir. ölkələrin siyahısı
Müraciətin qaydaları
Adi qaydada e-Viza alınması üçün Azərbaycan Respublikasına planlaşdırılan gəlmə tarixindən ən azı 3 (üç) iş günü əvvəl müraciət edilməlidir.
Müraciət edənin pasportunun etibarlılıq müddəti rəsmiləşdirilməsi nəzərdə tutulan viza müddətindən 3 ay artıq olmalıdır.
Müraciətin qəbul edilməsi barədə bildiriş sistem tərəfindən müraciət edən şəxsin elektron poçtuna göndərilir.
Viza rüsumunun ödənilməsi
Adi e-Viza üçün dövlət rüsumunun məbləği - 20 ABŞ dolları
Təcili e-Viza üçün dövlət rüsumunun məbləği - 50 ABŞ dolları
* e-Viza müraciətlərinin emal edilməsi məqsədilə əlavə xidmət haqqı da tutulur.
e-Vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş rüsum sistem vasitəsilə elektron qaydada ödənilir
Ödəmə əməliyyatlarının ancaq Visa və Mastercard üzərindən aparılır.
Kartın sizin adınıza olması mütləq deyil.
Viza blankı
e-Viza blankı A4 formatdadır.
e-Viza blankının yuxarı hissəsində maşınla oxuna bilən xüsusi kod yerləşdirilmişdir.
e-Viza blankı itirildikdə, portal üzərindən və ya elektron poçtdan yenidən çap edilə bilər.
e-Vza pasporta yapışdırılmır və çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur.