İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır.  İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir, 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır), İranın Bakıdakı Mədəniyyət Mərkəzi (1993-cü ildən) və Naxçıvan MR-də Baş Konsulluğu (1992-ci ilin dekabr ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir. Hazırda, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundovdur.

Yüksək səviyyəli səfərlər və görüşlərin xronologiyası

Dövlət başçıları 

1993-cü il 26-28 oktyabr - İran İslam Respublikasının Prezidenti Əkbər Haşemi Rəfsəncani Azərbaycana rəsmi səfər etmişdir.

1994-cü il 29 iyun-2 iyul - Prezident Heydər Əliyev İrana rəsmi səfər etmişdir.

1996-cı il 12-13 may - Prezident Heydər Əliyev İrana səfər etmişdir (Sərəxs-Tecən dəmiryolu xəttinin açılış mərasimin).      

1997-ci il 8-11 dekabr - Prezident Heydər Əliyev İrana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatının 8-ci Zirvə Toplantısı).

2000-ci il 9 iyun – Prezident Heydər Əliyev İrana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 6-cı Zirvə Görüşü).

2002-ci il 18-20 may - Prezident Heydər Əliyev İrana rəsmi səfər etmişdir.

2004-cü il 5-7 avqust - İran İslam Respublikasının Prezidenti Seyyid Məhəmməd Xatəmi Azərbaycana rəsmi səfər etmişdir. 

2005-ci il 24-26 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana rəsmi səfər etmişdir.

2005-ci il 20 dekabr - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana (Naxçıvan Muxtar Respublikası) rəsmi səfər etmişdir.

2006-cı il 5-7 may - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı).

2007-ci il 21-22 avqust - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfər etmişdir.

2007-ci il 16 oktyabr - Prezident İlham Əliyev İrana işgüzar səfər etmişdir (Xəzəryanı Ölkələrin Dövlət Başçılarının 2-ci Zirvə toplantısı).

2009-cu il 10 mart - Prezident İlham Əliyev İrana rəsmi səfər etmişdir.

2010-cu il 17 noyabr - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfər etmişdir.

2012-ci il 15-16 oktyabr - İran İslam Respublikasının PrezidentiMahmud Əhmədinejad Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı).

2014-cü il 9 aprel - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər etmişdir.

2014-cü il 12-13 noyabr - İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfər etmişdir.
 

Hökumət başçıları

1996-cı il 28-31 oktyabr - İranın birinci vitse-prezidenti Həsən HəbibiAzərbaycan Respublikasına rəsmi səfər etmişdir.

2011-ci il 24 iyun – Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə İran Prezidentinin birinci müavini cənab Məhəmmədrza Rəhimi ilə görüş keçirmişdir (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında yeni inşa edilmiş Culfa (Azərbaycan) – Culfa (İran) avtomobil körpüsünün açılış mərasimi).

Parlamentlərarası əlaqələr 

1998-ci il 27-28 dekabr - Milli Məclisin Sədri Murtuz Ələsgərov İrana rəsmi səfər etmişdir.

1999-cu il 15-17 iyun - Milli Məclisin Sədri Murtuz Ələsgərov İrana işgüzar səfər etmişdir (Müsəlman Ölkələri Parlamentlərarası Assambleyasının təsis konfransı).

2007-ci il 23-25 noyabr - İslam Şurası Məclisinin Sədri Q.H.Adel Azərbaycana rəsmi səfər etmişdir.

2010-cu il 20-22 fevral - Milli Məclisin Sədri Oqtay Əsədov İrana səfər etmişdir.

2011-ci il 30 iyun-2 iyul - İslam Şurası Məclisinin Sədri Əli Laricani Azərbaycana rəsmi səfər etmişdir.

2013-cü il 4-5 avqust – Milli Məclisin Sədri Oqtay Əsədov Prezident Həsən Ruhaninin and içmə mərasimində iştirak etmək məqsədilə İrana səfər etmişdir.  

2013-cü il 14-15 fevral - Milli Məclisin Sədri Oqtay Əsədov İran İslam Respublikasına işgüzar səfər tmişdir (İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin parlament üzvləri ittifaqı konfransının 9-cu sessiyası).  

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vasif Talıbovdur.

 

Xarici İşlər Nazirləri

1991-ci il dekabr - İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycana işgüzar səfər etmişdir. 

1993-cü il avqust - İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycana işgüzar səfər etmişdir.

1996-cı il 2-3 mart - İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycana rəsmi səfərə gəlmişdir.

1997-ci il 23 aprel – İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycana işgüzar səfər etmişdir.

1998-ci il 12-13 avqust - İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazi Azərbaycana rəsmi səfər etmişdir.

2000-ci il 13-16 mart - Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev İrana rəsmi səfər etmişdir.

2002-ci il 11 aprel – İran İslam Respublikasının  xarici işlər naziri Kamal Xərrazi Azərbaycana rəsmi səfər etmişdir.

2004-cü il 31 iyul-1 avqust - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir.

2005-ci il 28  noyabr - İranın xarici işlər naziri Mənuçöhr Mottəki Azərbaycana səfər etmişdir.

2006-cı il 19-21 iyun - İranın xarici işlər naziri Mənuçöhr Mottəki Azərbaycana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin 33-cü sessiyası).

2007-ci il 21 iyun – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (Xəzəryanı Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısına hazırlıq).

2008-ci il 13 sentyabr - İranın xarici işlər naziri Mənuçöhr Mottəki Azərbaycana işgüzar səfər etmişdir. 

2009-cu il 17-19 fevral - İranın xarici işlər naziri Mənuçöhr Mottəki Azərbaycana işgüzar səfər etmişdir (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclası). 

2009-cu il 14 dekabr – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana rəsmi səfər etmişdir.

2010-cu il 27 mart – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (BMT tərəfindən Novruz bayramına beynəlxalq bayram statusu verilməsi münasibətilə Tehran şəhərində təşkil olunmuş mərasim).                                    

2011-ci il 7 mart – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 8-ci iclası).

2011-ci il 16 aprel – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (Azərbaycan Respublikası, Türkiyə Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin üçtərəfli toplantısı).

2012-ci il 7 mart - İran xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycana işgüzar səfər etmişdir (Azərbaycan Respublikası, Türkiyə Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin üçtərəfli toplantısı).

2012-ci il 30 avqust – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (Qoşulmama Hərəkatına üzv Ölkələrin 16-cı Zirvə toplantısı).

2012-ci il 15-16 oktyabr - İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası).

 2013-cü il 26 noyabr - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 21-ci iclası).

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi sahədə ikitərəfli münasibətlərə dair


Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanmışdır ki, bunlardan mühümləri investisiyaların qarşılıqlı təşviqi və qorunması, ticarət, enerji, nəqliyyat, turizm, gömrük məsələlərində əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlıq üzrə sazişlərdir.   

Sənədlər əsasən investisiya qoyuluşu və maliyyələşdirmə sahələrində həyata keçiriləcək layihələr üzrə əməkdaşlığı, elmi və texniki sahələrdə əldə edilən nailiyyətlərdən istifadə, digər ticarət sahələrində biri-birinə yardım göstərilməsi, iki ölkənin şirkətlərinin və iqtisadi qurumlarının filial və nümayəndəliklərinin açılışı və fəaliyyətinin dəstəklənməsi, iki ölkə arasında ticarət və tranzit sahələrinin inkişafına lazım olan infrastrukturun yaradılması məqsədi ilə avtomobil və dəmir yollarının inkişaf etdirilməsi üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi və s. kimi məsələləri əhatə edir.

1992-ci ildən etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiya fəaliyyət göstərir. Komissiyaya hər iki ölkənin xarici işlər nazirləri rəhbərlik edir.  Komissiyanın indiyədək səkkiz iclası keçirilmişdir. Sonuncu iclas 2011-ci ilin mart ayında Tehran şəhərində keçirilmişdir. 
 
2012-ci ildə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 263 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 176 milyon ABŞ dolları, ixracın həcmi 87 milyon ABŞ dolları təşkil etmişdir.

Azərbaycan Respublikasından İrana əsas ixrac malları polad yarımfabrikatlar, təbii qaz, yeyinti sənayesinin qalıqları, elektrik enerjisi, texniki məqsədlər üçün bitkilər, qara metallardan digər məmulatlar, ipək, plastik kütlələr və onlardan məmulatlar, İrandan Azərbaycan Respublikasına əsas idxal malları sement klinkerləri, plastik kütlələr, sement, maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatura, şüşə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, qara metallar və onlardan məmulatlar, dənli bitkilər, keramika məmulatları, meyvə-tərəvəz olmuşdur.

Azərbaycanın xarici ticarət dövriyyəsində İranın payı 0,84 faiz (24-cü yer), o cümlədən idxalda 1,65 % (15-ci yer), ixracda isə 0,55% (25-ci yer) təşkil etmişdir. 

Regionun iqtisadi gələcəyi üçün böyük önəmi olan “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin bir hissəsi olan və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dəmir yolu xətlərinin birləşdirən “Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan)” dəmir yolu xəttinin çəkilişinin başa çatdırılması məsələsi prioritet məsələlərdən birini təşkil edir. 

2011-ci il tarixində Tehran şəhərində keçirilmiş “Rəşt - Astara (İran) - Astara (Azərbaycan Respublikası)” dəmir yolu xəttinin tikintisi ilə bağlı üç ölkənin dəmir yolları qurumlarının rəhbərlərinin üçtərəfli görüşündə “Rəşt-Astara (İran) - Astara (Azərbaycan Respublikası) dəmir yolu xəttinin tikintisi layihəsi üzrə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti və İran İslam Respublikası Dəmir Yolları arasında Anlaşma Memorandumu imzalanmışdır. Tərəflər, qeyd olunan layihənin həyata keçirilməsi üçün Məhdud Məsuliyyətli Cəmiyyətin Moskva şəhərində yerləşməklə qeydiyyatdan keçirilməsi, gələcəkdə Tehran və Bakı şəhərlərində filiallarının yaradılması barədə razılığa gəlmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətin qeyd olunan dəmir yolunun tikintisi üçün investisiyaların cəlb olunması, eləcə də dəmir yolunun layihələşdirilməsi və tikintisi, sərnişin və yükdaşımanın həyata keçirilməsi, üç ölkə ərazisində nəqliyyat ekspeditor xidmətlərinin göstərilməsi, dəmir yolu xətlərinin və texniki vasitələrinin cari saxlanması, təmiri və istismarı, informasiya, hüquqi, lizinq, marketinq, reklam xidmətləri, həmçinin ticarət, elmi-texniki xidmətlərin təmin edilməsi istiqamətində fəaliyyət göstərməsi razılaşdırılmışdır. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində  də Azərbaycan Respublikası və  İran İslam Respublikasının nümayəndələrindən ibarət yüksək səviyyəli işçi qrupu fəaliyyət göstərməkdədir.   

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin həyata keçirilməsi, eləcə də avtomobil nəqliyyatı sahəsində qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirə edilməsi məqsədi ilə iki ölkə arasında bu sahədə Birgə Komissiya yaradılmışdır. Bakı şəhərindən və Azərbaycan Respublikasının digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə yük daşımaları İran ərazisindən keçməklə həyata keçirilir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə sərnişinlərin daşınması həyata keçirilir. 

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında avtomobil daşımaları əsasən Astara körpüsü vasitəsilə həyata keçirilir. Astara (İran) – Astara (Azərbaycan) sərhəd keçid məntəqəsində Astara çayı üzərində yeni dəmir yolu, avtomobil yolu və piyada körpülərinin inşası, habelə istifadədə olan avtomobil körpüsünün bərpası barədə razılıq əldə edilmişdir. 

Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus olan gəmilərlə Azərbaycandan və Türkmənistandan İran İslam Respublikasına yüklər daşınır. İranın Ənzəli şəhərində Dövlət Xəzər Dəniz Gəmiçiliyinin nümayəndəliyi fəaliyyət göstərir. 

Azərbaycan Respublikası və İran İslam Respublikasının təyin etdiyi aviasiya şirkətləri - “Azərbaycan Hava Yolları” və “İran Air” Bakı və Tehran şəhərləri arasında uçuşlar həyata keçirir. Bakı şəhərində “İran Air” aviasiya şirkətinin, Tehran şəhərində isə “Azərbaycan Hava Yolları” aviasiya şirkətinin nümayəndəliyi fəaliyyət göstərir. 

İki ölkə arasında hava daşımaları haqqında Hökumətlərarası saziş mövcuddur.  2012-ci ildən etibarən Bakı və Təbriz şəhərləri arasında uçuşların həyata keçirilməsinə başlanılmışdır. 

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq üçün hüquqi baza yaradılmışdır.  

Naxçıvan Muxtar Respublikasının qaz tələbatının ödənilməsi ilə bağlı 2004-cü ildə “Təbii qaz mübadiləsi” üzrə müqavilə imzalanmış, 2005-ci ildən etibarən Naxçıvana təbii qazın verilməsi başlanmışdır. 

Azərbaycan Dövlət Neft Şirkəti ilə İran Milli Qaz Şirkəti arasında Azərbaycan Respublikasından İrana qazın təchiz olunması üzrə Anlaşma Memorandumu imzalanmışdır.

Tehran şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəliyi fəaliyyət göstərir.

İki ölkə arasında kənd təsərrüfatı sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlıq mövcuddur. Bunlar əsasən kənd təsərrüfatı məhsullarının və toxumlarının istehsalı, bitki xəstəlikləri və ziyanvericilərinə qarşı mübarizə, süni mayalanma üzrə təcrübə mübadiləsi, elmi və tədqiqat məlumatlarının mübadiləsi, mütəxəssis və ekspertlərin hazırlanması, quşçuluq və heyvandarlığın inkişafı, elmi tədqiqatlara əsasən şoran torpaqların optimal istifadəsi, kənd təsərrüfatı sahəsində texnika və avadanlıqların mübadiləsi və s.

2013-cü ilin dekabr ayında Bakı şəhərində Azərbaycan Respublikası və İran İslam Respublikası işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə forum keçirilmişdir. Tədbir zamanı Sahibkarlar Konfederasiyası ilə  Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası arasında əməkdaşlıq sənədi imzalanmışdır.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış 
iqtisadi sənədlər


Azərbaycan Respublikası Maliyyə Nazirliyi və İran İslam Respublikası İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum

Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş

Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ticarət Sazişi

Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında sərhədyanı ticarət sahəsində əməkdaşlığa dair Memorandum

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Ətraf Mühit Departamenti arasında Anlaşma Memorandumu 

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və İran İslam Respublikasının Yol-Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Memorandum

Azərbaycan Respublikası və İran İslam Respublikası dəmir yolları arasında əməkdaşlıq haqqında Protokol

Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi və İran İslam Respublikası Dəmir Yolu arasında Qarşılıqlı Anlaşma Memorandumu

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Beynəlxalq avtomobil daşımaları haqqında" Saziş

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Hava nəqliyyatı haqqında" Saziş

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu

İran İslam Respublikası İxracatın İnkişaf Bankı tərəfindən Azərbaycan Respublikasında Bakı-Astara avtomobil yolunun bir hissəsinin maliyyələşdirilməsinə dair Anlaşma Memorandumu

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitkilərin karantin xidməti sahəsində əməkdaşlıq haqqında Saziş

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində əməkdaşlığa dair Memorandum

Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Araz çayının hidroenergetika potensialının istifadəsi haqqında Anlaşma Memorandumu

Azərbaycan   Respublikası   Hökuməti   və   İran   İslam   Respublikası Hökuməti arasında Culfa (Azərbaycan Respublikası) - Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün inşa edilməsi haqqında Anlaşma Memorandumu

Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu

Humanitar sahədə əməkdaşlıq

2002-ci il 7-11 dekabr - İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əhməd Məsced Cameyi Azərbaycan Respublikasında səfərdə olmuşdur.

2004-cü il 14-17 dekabr -  İran İslam Respublikasının Səhiyyə və Tibbi təhsil naziri Məsud Pezeşkian Azərbaycan Respublikasına səfər etmişdir.

2006-cı il 22-26 may - Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanov İran İslam Respublikasında səfərdə olmuşdur.

2010-cu il 4-5 fevral - İran İslam Respublikasının Səhiyyə və Tibbi təhsil naziri Mərziyə Vahid Dəstcerdi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin toplantısında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasında səfərdə olmuşdur.

2010-cu il 5-6 iyul - İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Hüseyni Azərbaycan Respublikasında səfərdə olmuşdur.

 

2010-cu il 26-29 sentyabr -  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasında səfərdə olmuşdur.

2011-ci il 3-7 oktyabr - İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Hüseyni Azərbaycan Respublikasında səfərdə olmuşdur.

2012-ci il 11-13 iyul - İran İslam Respublikasının Təhsil və Təlim naziri Həmidrza Hacıbabayi Azərbaycan Respublikasında səfərdə olmuşdur.

2013-cü il 16-18 sentyabr - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov İran İslam Respublikasında səfərdə olmuşdur.

 

Mədəni və humanitar tədbirlər 

2010-cu il 25-30 sentyabr - İran İslam Respublikasında Azərbaycan mədəniyyət həftəsi keçirilmişdir.

2011-ci il 11-16 may - Tehranda keçirilmiş 24-cü beynəlxalq kitab sərgisində Azərbaycan Respublikası da təmsil olunmuşdur.

2011-ci il 3-7 oktyabr - Azərbaycan Respublikasında İran İslam Respublikasının mədəniyyət günləri keçirilmişdir.

2012-ci il 02-12 may - Tehranda keçirilmiş 25-ci beynəlxalq kitab sərgisində Azərbaycan Respublikası da təmsil olunmuşdur.

2013-cü il 29-30 yanvar Tehran şəhərində təşkil olunmuş HT&T 6-cı İran mehmanxana, səyahət və turizm” beynəlxalq sərgisində Azərbaycan Respublikası da təmsil olunmuşdur.

2014-cü il 22-24 yanvar -  İran İslam Respublikasının Diplomatik Qadınlar Cəmiyyəti tərəfindən Tehranın “Milad” qülləsində xeyriyyə məqsədi ilə təşkil olunmuş sərgi-yarmarkada Azərbaycan Respublikası da təmsil olunmuşdur. 

                     

Arxiv üzrə axtarış