Səfirin tərcümeyi - halı

 

 

 

Əli Fikrət oğlu Əlizadə

Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Doğum tarixi: 21 iyun 1978-ci il
Təhsili: 1994-1998 Azərbaycan Dövlət Dillər İnstitutu, bakalavr dərəcəsi, tərcüməçi-referent (ingilis-rus dilləri);

2005-2008 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, dövlət və bələdiyyə idarəetməsi.

İş təcrübəsi:

 
2002 - 2003                     Protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı  məsləhətçi-mühasib vəzifəsini icra edən -Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsi
2003 - 2005 Protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib vəzifəsini icra edən, viza-pasport məsələləri üzrə baş məsləhətçi vəzifəsini icra edən, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi vəzifəsini icra edən - Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsi
  İdarə rəisi əvəzi - Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsi
  İdarə rəisi - Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsi
2005 - 2010  İdarə rəisi -Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi
2010 - 2016  İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu
2016 - 2021 Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
2021 - 2021   İdarə rəisi  - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Asiya İdarəsi
2021-dən Azərbaycan Respublikasının İran İslam Respublikasında  fövqəladə və səlahiyyətli səfiri,  eyni zamanda  Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi
Diplomatik rütbəsi:  fövqəladə və səlahiyyətli səfir
Təltifləri:   “Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 90 illiyi (1919-2009)”- Azərbaycan Respublikasının yübiley medalı, 11 avqust 2009-cu il.
  “Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, 09 iyul 2019-cu il
  Azərbaycan Respublikasının 3 – cü dərəcəli “Vətənə xidmətı görə” ordeni, 09 iyul 2019-cu il
Bildiyi xarici dillər:  ingilis, rus, türk, fars
Ailə vəziyyəti:   ailəlidir, üç övladı var.

                  

Arxiv üzrə axtarış