İran

İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır.  İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir, 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır), İranın Bakıdakı Mədəniyyət Mərkəzi (1993-cü ildən) və Naxçıvan MR-də Baş Konsulluğu (1992-ci ilin dekabr ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir. Hazırda, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynovdur.

 

Yüksək səviyyəli səfərlər və görüşlərin xronologiyası

 

Dövlət başçıları 

 

1993-cü il 26-28 oktyabr - İran İslam Respublikasının Prezidenti Əkbər Haşemi Rəfsəncani Azərbaycana rəsmi səfər etmişdir.

 

1994-cü il 29 iyun-2 iyul - Prezident Heydər Əliyev İrana rəsmi səfər etmişdir.

 

1996-cı il 12-13 may - Prezident Heydər Əliyev İrana səfər etmişdir (Sərəxs-Tecən dəmiryolu xəttinin açılış mərasimin).      

 

1997-ci il 8-11 dekabr - Prezident Heydər Əliyev İrana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatının 8-ci Zirvə Toplantısı).

 

2000-ci il 9 iyun – Prezident Heydər Əliyev İrana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 6-cı Zirvə Görüşü).

 

2002-ci il 18-20 may - Prezident Heydər Əliyev İrana rəsmi səfər etmişdir.

 

2004-cü il 5-7 avqust - İran İslam Respublikasının Prezidenti Seyyid Məhəmməd Xatəmi Azərbaycana rəsmi səfər etmişdir. 

 

2005-ci il 24-26 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana rəsmi səfər etmişdir.

 

2005-ci il 20 dekabr - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana (Naxçıvan Muxtar Respublikası) rəsmi səfər etmişdir.        

 

2006-cı il 5-7 may - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı).

 

2007-ci il 21-22 avqust - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfər etmişdir.

 

2007-ci il 16 oktyabr - Prezident İlham Əliyev İrana işgüzar səfər etmişdir (Xəzəryanı Ölkələrin Dövlət Başçılarının 2-ci Zirvə toplantısı).

 

2009-cu il 10 mart - Prezident İlham Əliyev İrana rəsmi səfər etmişdir.

 

2010-cu il 17 noyabr - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfər etmişdir.

 

2012-ci il 15-16 oktyabr - İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı).

 

2014-cü il 9 aprel - Prezident İlham Əliyev İrana rəsmi səfər etmişdir.

 

2014-cü il 12-13 noyabr – İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

 

2016-cı il 23 fevral - Prezident İlham Əliyev İrana rəsmi səfər etmişdir.

 

Hökumət başçıları

 

1996-cı il 28-31 oktyabr - İranın birinci vitse-prezidenti Həsən Həbibi Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

 

2011-ci il 24 iyun – Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə İran Prezidentinin birinci müavini cənab Məhəmmədrza Rəhimi ilə görüş keçirmişdir (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında yeni inşa edilmiş Culfa (Azərbaycan) – Culfa (İran) avtomobil körpüsünün açılış mərasimi).

 

Xarici İşlər Nazirləri

 

1991-ci il dekabr - İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycana işgüzar səfər etmişdir. 

 

1993-cü il avqust - İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycana işgüzar səfər etmişdir.

 

1996-cı il 2-3 mart - İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycana rəsmi səfərə gəlmişdir.

 

1997-ci il 23 aprel – İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycana işgüzar səfər etmişdir.

 

1998-ci il 12-13 avqust - İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazi Azərbaycana rəsmi səfər etmişdir.

 

2000-ci il 13-16 mart - Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev İrana rəsmi səfər etmişdir.

 

2002-ci il 11 aprel – İran İslam Respublikasının  xarici işlər naziri Kamal Xərrazi Azərbaycana rəsmi səfər etmişdir.

 

2004-cü il 31 iyul-1 avqust - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir.

 

2005-ci il 28  noyabr - İranın xarici işlər naziri Mənuçöhr Mottəki Azərbaycana səfər etmişdir.

 

2006-cı il 19-21 iyun - İranın xarici işlər naziri Mənuçöhr Mottəki Azərbaycana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin 33-cü sessiyası).

 

2007-ci il 21 iyun – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (Xəzəryanı Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısına hazırlıq).

 

2008-ci il 13 sentyabr - İranın xarici işlər naziri Mənuçöhr Mottəki Azərbaycana işgüzar səfər etmişdir. 

 

2009-cu il 17-19 fevral - İranın xarici işlər naziri Mənuçöhr Mottəki Azərbaycana işgüzar səfər etmişdir (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclası). 

 

2009-cu il 14 dekabr – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana rəsmi səfər etmişdir.

 

2010-cu il 27 mart – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (BMT tərəfindən Novruz bayramına beynəlxalq bayram statusu verilməsi münasibətilə Tehran şəhərində təşkil olunmuş mərasim).                                    

                                    

2011-ci il 7 mart – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 8-ci iclası).

 

2011-ci il 16 aprel – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (Azərbaycan Respublikası, Türkiyə Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin üçtərəfli toplantısı).

 

2012-ci il 7 mart - İran xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycana işgüzar səfər etmişdir (Azərbaycan Respublikası, Türkiyə Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin üçtərəfli toplantısı).

 

2012-ci il 30 avqust – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (Qoşulmama Hərəkatına üzv Ölkələrin 16-cı Zirvə toplantısı).

 

2012-ci il 15-16 oktyabr - İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası).

 

2013-cü il 26 noyabr - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 21-ci iclası).

                        

Parlamentlərarası əlaqələr

 

1998-ci il 27-28 dekabr - Milli Məclisin Sədri Murtuz Ələsgərov İrana rəsmi səfər etmişdir.

 

1999-cu il 15-17 iyun - Milli Məclisin Sədri Murtuz Ələsgərov İrana işgüzar səfər etmişdir (Müsəlman Ölkələri Parlamentlərarası Assambleyasının təsis konfransı).

 

2007-ci il 23-25 noyabr - İslam Şurası Məclisinin Sədri Q.H.Adel Azərbaycana rəsmi səfər etmişdir.

 

2010-cu il 20-22 fevral - Milli Məclisin Sədri Oqtay Əsədov İrana səfər etmişdir.

 

2011-ci il 30 iyun-2 iyul - İslam Şurası Məclisinin Sədri Əli Laricani Azərbaycana rəsmi səfər etmişdir.

 

2013-cü il 4-5 avqust – Milli Məclisin Sədri Oqtay Əsədov Prezident Həsən Ruhaninin and içmə mərasimində iştirak etmək məqsədilə İrana səfər etmişdir.

 

2014-cü il 14-19 fevral – Milli Məclisin Sədri Oqtay Əsədov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak etmək məqsədilə İrana səfər etmişdir. 

 

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vasif Talıbovdur. 


Humanitar sahədə əməkdaşlıq

 

2002-ci il 7-11 dekabr - İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əhməd Məsced Cameyi Azərbaycan Respublikasında səfərdə olmuşdur.

 

2004-cü il 14-17 dekabr -  İran İslam Respublikasının Səhiyyə və Tibbi təhsil naziri Məsud Pezeşkian Azərbaycan Respublikasına səfər etmişdir.

 

2006-cı il 22-26 may - Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanov İran İslam Respublikasında səfərdə olmuşdur.

 

2010-cu il 4-5 fevral - İran İslam Respublikasının Səhiyyə və Tibbi təhsil naziri Mərziyə Vahid Dəstcerdi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin toplantısında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasında səfərdə olmuşdur.

 

2010-cu il 5-6 iyul - İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Hüseyni Azərbaycan Respublikasında səfərdə olmuşdur.

 

2010-cu il 26-29 sentyabr -  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasında səfərdə olmuşdur.

 

2011-ci il 3-7 oktyabr - İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Hüseyni Azərbaycan Respublikasında səfərdə olmuşdur.

 

2012-ci il 11-13 iyul - İran İslam Respublikasının Təhsil və Təlim naziri Həmidrza Hacıbabayi Azərbaycan Respublikasında səfərdə olmuşdur.

 

2013-cü il 16-18 sentyabr - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov İran İslam Respublikasında səfərdə olmuşdur.

 

Mədəni və humanitar tədbirlər 

 

2010-cu il 25-30 sentyabr - İran İslam Respublikasında Azərbaycan mədəniyyət həftəsi keçirilmişdir.

 

2011-ci il 11-16 may - Tehranda keçirilmiş 24-cü beynəlxalq kitab sərgisində Azərbaycan Respublikası da təmsil olunmuşdur.

 

2011-ci il 3-7 oktyabr - Azərbaycan Respublikasında İran İslam Respublikasının mədəniyyət günləri keçirilmişdir.

 

2012-ci il 02-12 may - Tehranda keçirilmiş 25-ci beynəlxalq kitab sərgisində Azərbaycan Respublikası da təmsil olunmuşdur.

 

2013-cü il 29-30 yanvar Tehran şəhərində təşkil olunmuş HT&T 6-cı İran mehmanxana, səyahət və turizm” beynəlxalq sərgisində Azərbaycan Respublikası da təmsil olunmuşdur.

 

2014-cü il 22-24 yanvar -  İran İslam Respublikasının Diplomatik Qadınlar Cəmiyyəti tərəfindən Tehranın “Milad” qülləsində xeyriyyə məqsədi ilə təşkil olunmuş sərgi-yarmarkada Azərbaycan Respublikası da təmsil olunmuşdur.

 

2014-cü il 29 aprel-5 may - Tehranda keçirilmiş 27-ci beynəlxalq kitab sərgisində Azərbaycan Respublikası da təmsil olunmuşdur.

 

2014-cü il 12 may - Azərbaycan Respublikasının Aşıqlar Birliyinin katibi Aşıq Musa Çobanovun rəhbərliyi ilə 4 nəfərdən ibarət aşıqlar qrupu Tehranda Azərbaycan aşıq musiqisindən ibarət konsertlə çıxış etmişlər.

 

2014-cü il 13 may – Tehran Beynəlxalq Sərgi Mərkəzinin "Milad" salonunda ümumdünya şöhrətli sənətkar, xanəndə Alim Qasımovun konserti olmuşdur.

Arxiv üzrə axtarış