Ümumi məlumat

AZƏRBAYCAN RESPUBLİKASI

(Ümumi qısa məlumat) 

Yaranma tarixi:             - 28 may 1918
Birləşmiş Millətlər Təşkilatına daxil olduğu tarix - 2 mart 1992-ci il
Avropa Şurasına daxil olduğu tarix - 17 Yanvar 2001-ci il
Ərazisi, min.kv.km - 86,6
Paytaxtı - BAKI
Pul vahidi - manat

Azərbaycan Respublikasının rəmzləri:


   DÖVLƏT BAYRAĞI



Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, asagı zolaq yasıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənsəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkisaf etdirmək istəyini, yasıl rəng - islam sivilizasiyasına mənsublugunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

DÖVLƏT GERBi



Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

DÖVLƏT HİMNİ

Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır

 

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayragınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir gəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müstaqdır!
Şanlı Vətən, Şanlı Vətən!
Azərbaycan, Azərbaycan! 
 

 

  

Bayram günləri:

 
Yeni il bayramı     1-2 yanvar
Beynəlxalq Qadınlar Günü  8 mart
Novruz Bayramı 20-24 mart
Faşizm Üzərində Qələbə Günü 9 may
Respublika Günü   28 may
Milli Qurtuluş Günü 15 iyun
Silahlı Qüvvələr Günü 26 iyun
Dövlət Müstəqilliyi Günü  18 oktyabr
Dövlət Bayrağı Günü  9 noyabr
Azərbaycanın Konstitusiya Günü  12 noyabr
Milli Dirçəliş Günü 17 noyabr
Dünya Azərbaycanlıların Həmrəylik Günü 31 dekabr

Dini bayramlar:

 
Qurban Bayramı 2 gün
Ramazan Bayramı 2 gün

Anım günləri:

 
20 Yanvar 20 yanvar
Xocalı soyqırımı 26 fevral
Azərbaycanlıların soyqırımı günü 31 mart

Coğrafı məlumat:

  • 86,6 min kv.km (12% meşələr, 1,7% su hövzəsi, 54,9% kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 31,1% otlaq və biçənəklər, 31,4% sair torpaqlar. Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində Bakı 40° paralel üzərindədir.
  • Orta illik temperatur (2014-cü il)                                    +13,4  
  • Ən yüksək (max) orta aylıq temperatur                         + 28,5
  • Ən aşağı (min) orta aylıq temperatur                             + 2,9
  • Orta illik yağıntının miqdarı                                            387,7mm.  

Dövlət sərhədləri:

Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. 
Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km. 

İnzibati ərazi vahidlərinin sayı:

Muxtar Respublika 1  
rayonlar 66  
şəhərlər – cəmi 78  
şəhər rayonları 14  
qəsəbələr 261  
Kənd ərazi dairələri (keçmiş kənd icra nümayəndəlikləri) 1727  
Kənd yaşayış məntəqələri 4249  

Əhali: (01.01.2015-ci il vəziyyətinə)

Min nəfər  faizlə
Əhalinin sayı - 9593,0 2) 100
   o cümlədən:    
   şəhər əhalisi - 5098,3 53,1
   kənd əhalisi - 4494,7  46,9
   kişilər - 4775,8 49,8
   qadınlar - 4817,2 50,2
Əhalinin sıxlığı (1 kv--.km-ə düşən əhali), nəfər - 111  
Paytaxt BAKI şəhərinin əhalisinin sayı, min nəfər - 2204,2  

Əhalinin milli tərkibi:  (əhalinin siyahıyaalınmaları üzrə): 
(əhalinin ümumi sayına nisbətən, faizlə) : 

azərbaycanlılar                      91,6
ləzgilər 2,0
ruslar 1,3
ermənilər 1,3
talıslar 1,3
avarlar 0,6
türklər 0,4
tatarlar 0,3
tatlar 0,3
ukraynalılar 0,3
saxurlar 0,1
gürcülər 0,1
yəhudilər 0,1
kürdlər 0,1
qrızlar 0,04
udinlər 0,04
xınalıqlar 0,02
digər millətlər 0,1

Dövlət dili: Azərbaycan

Din:Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Ölkə əhalinin böyük əksəriyyəti müsəlmanlardır. Hazırda Azərbaycan Respublikası ərazisində 380-dən artıq dini icma qeydiyyatdan keçmişdir. Bunlardan 31-i qeyri-islam təmayüllü dini icmalardır. Xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunur. Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur.

Siyasi quruluş:Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublikadır.

Dövlət rəhbəri: Prezident

O, ümumi gizli səsvermə yolu ilə 5 ildən bir seçilir. 2013-cü ilin oktyabrın 9-da İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. 7 noyabr 2010-cu ildə Dördüncü Çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdi. Bunlardan 105-i və ya 84,0 faizi kişilər, 20-si, ya da 16,0 faizi qadınlardır.

Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya, Ali, Apelyasiya və İqtisad məhkəmələri həyata keçirir.

Azərbaycanın siyasi sistemi çoxpartiyalılıq və plyuralizm prinsiplərin əsasında qurulub. Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 55 siyasi partiya fəaliyyət göstərir. Siyasi partiyalar qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edirlər. Bundan başqa 4000 ictimai təşkilat fəaliyyət göstərir.


1)
 Yarandığı tarixdə, 28 may 1918-ci ildə, ərazisi 114 min kvadrat km təşkil etmiş, 28 aprel 1920-ci il tarixdə bu ərazilər (Göyçə və Zəngəzur mahalları) sovet Rusiyası tərəfindən işğal olunaraq 1924-cü ildə Ermənistana verilmişdir.

2) Onların 1 milyonu qaçqın və məcburi köçkünlərdir;

3) 2015-ci ilin yanvar-iyul ayları üzrə. 

Arxiv üzrə axtarış