Əcnəbinin olduğu yer üzrə qeydiyyatı
Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının (https://migration.gov.az/) elektron xidmətləri, elektron hökumət portalı və elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud "ASAN xidmət" mərkəzlərinə müraciət etməlidir.
Tələb olunan sənədlər:
- ərizə-anket;
- əcnəbinin pasportunun (digər sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla).
Qeyd: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.