2014-05-09

27-ci beynəlxalq kitab sərgisi

2014-cü il aprelin 29-dan mayın 9-dək Tehranda keçirilən 27-ci beynəlxalq kitab sərgisində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi də yaxından iştirak etmişdir. Sərginin təşkilatçıları tərəfindən 27-ci Beynəlxalq kitab sərgisinin xarici nəşrlər və naşirlər bölməsində Azərbaycan üçün 20 kv.m ölçüdə yer ayrılmış, kitabları sərgiləmək üçün texniki vasitələr alınmış, guşə yüksək keyfiyyətlə hazırlanmışdır.

Guşədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xalça üzərindəki portreti yerləşdirilmiş, stend bayrağımız və milli atrubutlarımızla bəzədilmişdir.



Arxiv üzrə axtarış