İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının (PİK) 2014-cü il fevralın 14-19-da Tehranda keçiriləcək 9-cu sessiyası
Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının (PİK) 2014-cü il fevralın 18-19-da Tehranda keçiriləcək 9-cu sessiyasında iştirak etmək məqsədilə İran İslam Respublikasına səfər edəcəkdir.
İƏT PİK 9-cu sessiyasından öncə, fevralın 14-17-də İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının İcra komitəsinin, habelə siyasi və xarici əlaqələr; iqtisadi məsələlər və ətraf mühit; insan hüquqları, qadın və ailə məsələləri; mədəni, hüquqi və sivilizasiyalar və dinlərarası dialoq üzrə ixtisaslaşmış daimi komitələrinin iclasları keçiriləcəkdir. İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının (PİK) 2014-cü il fevralın 14-19-da Tehranda keçiriləcək 9-cu sessiyası çərçivəsində Qadın Parlament üzvlərinin 3-cü konfransının keçirilməsi planlaşdırılır. Sözügedən iclaslarda da AR Milli Məclisinin üzvlərinin iştirakı nəzərdə tutulmuşdur.