Azərbaycan Respublikasının Səfiri C.Axundovun İranın Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərinə səfəri
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfiri Cavanşir Axundov 2014-cü il martın 3-7-də İranın Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərinə səfər etmişdir. Səfər çərçivəsində Səfir C.Axundov İran İslam Respublikasının Ali Rəhbərinin Şərqi Azərbaycan vilayətində nümayəndəsi və Təbrizin İmam Cüməsi Mohsen Moctəhed Şəbüstəri, Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə, Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət və Cameətül-Mustafa Beynəlxalq Universitetinin Şərqi Azərbaycan vilayətində nümayəndəliyinin rəhbəri Mehdi Bəxtavər ilə görüşlər keçirmişdir.