2015-01-11

Azərbaycanın xalq artisti Alim Qasımov Tehranda

 











Azərbaycanın xalq artisti Alim Qasımov yanvarın 11-13-də Tehranda “Vəhdət” sarayında geniş konsert proqramı ilə çıxış edib. Sənətkarın ilkin olaraq iki konsert proqramı ilə çıxış etməsi nəzərdə tutulsa da, böyük tamaşaçı istəyi nəzərə alınaraq üçüncü konsertin də keçirilməsinə qərar verilib. 


Konsertlərdə xalq artisti Alim Qasımov qızı əməkdar artist Fərqanə Qasımova ilə eyni səhnəni bölüşüb.

Konsertdə Alim Qasımovu Tehran Simfonik Orkestri müşayiət edib. Dünya şöhrətli ifaçının səsləndirdiyi xalq və bəstəkar mahnıları böyük alqışlarla qarşılanıb.


 



Arxiv üzrə axtarış