2016-05-14

4-cü İslam Həmrəyliyi Oyunları - Bakı 2017

 

Gələn il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları gənc insanları cəlb edib onların arasında birliyi təşviq edərək İslam ölkələrini bir araya gətirəcək. Bakı İslam ənənələrini özündə əks etdirən müasir və fəal cəmiyyəti olan gözəl bir şəhərdir.

Çoxmədəniyyətli və çoxdinli bir şəhər olan Bakı dünya miqyaslı idman turnirinin təşkili və İslamın dünyaya qəbuledici, imkanlar yaradan və sülhdən ibarət olduğunu göstərmək üçün möhtəşəm bir yer olacaq.

İslamın müsbət imicini dünyaya çatdırmaq üçün Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarına gələcək hər bir kəsi isti qonaqpərvərlik və hörmətlə qarşılamaq üçün birləşəcəyik.

Xüsusilə gənclərin və qadınların dəstəklənməsi, dəyərlərimizin sülh, sevgi və ahəngliklə çatdırılması və yaddaqalan beynəlxalq idman turnirinin mükəmməl şəkildə keçirilməsi üçün əlimizdən gələni edəcəyik.

Məqsəd

İslam xalqları arasında birlik və həmrəylik bağlarını gücləndirmək və dünya miqyaslı idman hadisəsini İslam ənənələrini və mədəni açıqfikirliliyi özündə birləşdirən Bakıda qeyd etmək.

Missiya

Unudulmaz 4-cü İslam Həmrəyliyi Oyunlarının mükəmməlliklə çatdırılması, Bakıda dostluq mühitinin qurulması və idmana olan həvəsin qeyd edilməsi.

 

17 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ildə Bakıda keçiriləcək dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, “UNESCO” və “ISESCO” nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilmişdir.

"21–25 iyul 2013-cü il tarixlərində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İHİF-in ikinci vitse-prezidenti cənab Çingiz Hüseynzadə, eləcə də Beynəlxalq Əlaqələr Şöbəsinin Rəhbəri və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci Baş Assambleyasında Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi namizədliyini irəli sürmüşdür. Azərbaycan Baş Assambleyada keçirilmiş səsvermənin nəticələrinə görə Oyunların ev sahibi olaraq seçilmişdir."

Arxiv üzrə axtarış