2016-05-14

Azərbaycan – Formula 1-in Ən Yeni Ünvanı

 

 

Bu yay Azərbaycanın paytaxtı Bakıda baş tutacaq Avropa Qran Prisi 2016-cı il Formula 1 mövsümünün ən maraqlı tədbirlərindən olacaq. Yarış cədvəlinə əsasən 2016-cı il FİA Formula 1 Dünya Çempionatı çərçivəsində martın ortalarından noyabr ayının sonunadək Formula 1 tarixində bir il ərzində ilk dəfə rekord sayda yarış, başqa sözlə 21 Qran Pri yarışı baş tutacaq. Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası Formula 1 təqviminə ən yeni əlavədir. Bu tədbir çərçivəsində 17-19 iyun 2016-cı il tarixlərini əhatə edən yarış həftəsonu ərzində bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. 

 http://tickets.formula1.com/en/10851-baku-fom/ 

 

 

Arxiv üzrə axtarış