2016-09-29

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi Tehranda təşkil olunan sərgi-yarmarkada iştirak etmişdir

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi Tehranda təşkil olunan sərgi-yarmarkada iştirak etmişdir

29 sentyabr 2016-cı ildə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin xanımı Məryəm İmaniyyə Zərifin rəhbərlik etdiyi İran Diplomatik Qadınlar Assosasiyasının təşkilatçılığı ilə Tehranda xeyriyyə sərgi-yarmarkası təşkil olunmuşdur.

Tədbirin keçirilməsində əsas məqsəd İran ali məktəblərində təhsil alan imkansız qız tələbələrə yardım etməkdir. Sərgi-yarmarkada Tehranda akkreditə olunmuş 20-dək ölkənin diplomatik nümayəndəlikləri, habelə iranlı sənətkarlar iştirak etmişlər.

Azərbaycan mədəniyyətinin ayrı-ayrı sahələrinə həsr edilən maraqlı kitab və jurnallar, müxtəlif suvenirlər, dövlət rəmzləri və digər eksponatlar maraqla qarşılanmışdır. Sərgidə həmçinin "Ordubad mürəbbələri" və "Bizim tarla" mürəbbələri, eləcə də "Azerçay" çayı iştirakçıların xüsusi diqqətini cəlb etmişdir. 

Məryəm İmaniyyə Zərif Azərbaycan səfirliyinin hər il keçirilən xeyriyyə tədbirlərində fəal iştirakından məmnunluğunu ifadə etmişdir. 

Sərgi-yarmarkanın ziyarətçilərinin əksəriyyəti Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər etdiklərini və bu şəhərin onlarda xoş təəssüratlar yaratdığını bildirmişlər.

Qonaqlar Azərbaycanın İrandakı Səfirliyi tərəfindən sərgi-yarmarkaya təqdim olunan milli şirniyyatlardan da dadmışlar.

Sərgi-yarmarkada satışa çıxarılmış milli məhsullardan əldə olunan vəsait Səfirlik tərəfindən imkansız tələbələrə yardım məqsədilə sərginin Təşkilat Komitəsinə təhvil verilmişdir.

 

/files/image/Sergi_2.jpg

 

/files/image/Sergi_1.jpg

 

/files/image/Sergi_3.jpg

Arxiv üzrə axtarış