2017-03-05

Prezident İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü olub

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin əlaqələrimizin inkişafında böyük rolu olduğu qeyd edildi. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulandı.

Prezident İlham Əliyev dəvətə görə Prezident Həsən Ruhaniyə təşəkkürünü bildirdi, Azərbaycanın İran ilə əlaqələrin inkişafına böyük önəm verdiyini dedi.


/files/image/m11.jpg


/files/image/m22.jpg

 

/files/image/m33.jpg


/files/image/m44.jpg


Arxiv üzrə axtarış