2017-06-08

İran İslam Respublikasında törədilmiş terror aktları ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlaması

İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq. Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir.

Arxiv üzrə axtarış