2017-06-14

“Mən Azərbaycan Respublikası haqqında nə bilirəm?” mövzusunda esse müsabiqəsi elan edilir

 

/files/image/gerb_Azerbaycan_jpeg.jpg

Azərbaycan Respublikasının Səfirliyi

 

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərində akkreditə olunmuş diplomatik nümayəndəlikləri tərəfindən

 

“Mən Azərbaycan Respublikası haqqında nə bilirəm?”

 

mövzusunda esse müsabiqəsi elan edilir.

 

Müsabiqə 18-29 yaş arasında olan gənclər üçün açıqdır.

Esselər 2500 sözdən çox olmamalıdır.

Esselər ingilis dilində təqdim olunmalıdır.

Esselər Arial 12 şrifti ilə A4 formatda yazılmalı və 30 iyul 2017-ci il tarixinə qədər az.embassy.tehran@gmail.com elektron poçt ünvanına Word və PDF formatında göndərilməlidir.

Esse ilə yanaşı aşağıdakı sənədlər təqdim edilməlidir:

- anket forması (əlavə olunur);

- tərcümeyi-hal (CV);

- pasportun surəti.

 

Qaliblər Azərbaycan Respublikasının mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər etmək hüququ qazanacaqlar.

 

QEYD: Səfər çərçivəsində müsabiqədə iştirak edən ölkələrin təqdimatlarının (musiqi, rəqs və milli mətbəx) keçirilməsi nəzərdə tutulur.

 

Qaliblər müəyyən edilərkən təqdim edilmiş esselərin elmi cəhətdən kifayət qədər əsaslandırılmasına, istifadə edilmiş ədəbiyyatın siyahısına və tarixi mənbələrin dəqiq göstərilməsinə, eyni zamanda məlumatların düzgünlüyünə xüsusi diqqət yetiriləcəkdir.

 

Müsabiqədə yalnız İran İslam Respublikasının vətəndaşları iştirak edə bilərlər.

 

Müsabiqənin mövzuları:

-       Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri,

-       Qarabağ münaqişəsinin reallıqları,

-       Azərbaycan Respublikasının tarixi, mədəniyyəti və incəsənəti,

-       Azərbaycan Respublikasının əhalisi, dili və adət-ənənələri,

-       Azərbaycan Respublikasının beynəlxalq siyasətdəki rolu,

-       Azərbaycan Respublikası və İran İslam Respublikası; tarixi əlaqələr və perspektivlər,

-       Azərbaycan Respublikasının iqtisadi inkişafı,

-       Azərbaycan Respublikasının neft və qaz strategiyası,

-       Azərbaycan qədim mənbələrdə.

 

Ümumi mövzuların çərçivəsində gənclər öz maraqlarına, təhsil və elmi sahələrinə uyğun olan xüsusi mövzu seçə bilərlər.

 

Ətraflı məlumat və tədqiqat materialları üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz. E-poçt: az.embassy.tehran@gmail.com

Arxiv üzrə axtarış