2022-05-19

Baş nazirin müavini Şahin Mustafayev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan ərazilərinin işğaldan azad olunması münasibətilə təbriklərini çatdıran İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri İranın Azərbaycanla əlaqələrinin inkişafında hər zaman maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyi və yeni mərhələyə qədəm qoyduğu vurğulanaraq, müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan ilə İran arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə də müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış