2022-09-07
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfiri Əli Əlizadə İranının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur ilə görüşüb.
Görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin
möhkəmləməsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində
əməkdaşlığın önəmi qeyd olunub. Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin
paytaxt və regionlarında keçirilməsi, kino həftələrinin, müştərək sərgilərin, konfransların,
səfərlərin təşkil olunması, dini, tarixi-mədəni abidələrinin qorunması və digər birgə tədbirlərin
görülməsi istiqamətində fikir mübadiləsi aparılıb.