Tranzit vizalar

Birdəfəlik və ikidəfəlik tranzit vizanın rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə təqdim edilməldir. Tranzit vizanın etibarlıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir.

  1. Tam dəqiqliklə doldurulmuş ərizə-anket (yüklə)
  • http://eapplication.mfa.gov.az internet səhifəsindən də elektron ərizə-anket doldurula bilər;
  • Qeydiyyatdan keçdikdən sonra ərizə-anketi doldurub təsdiq etməlisiniz;
  • Sistem tərəfindən elektron poçt ünvanınıza göndərilən təsdiqlənmiş ərizə-anketi çap etməlisiniz.
  1. Pasportun və ya digər sərhədkeçmə sənədinin əsli və onların əsas səhifələrinin surətləri;
  • Pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti rəsmiləşdirilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən ən azı 3 ay artıq olmalıdır.
  • Pasportun ən az istifadə edilməmiş 2 vərəqi olmalıdır.
  1. Biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd, ağ fonda rəngli fotoşəkil (3x4sm);
  2. Təyinat ölkəsinə getmək vizasının surəti (səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla);
  3. Təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surəti və ya səfəri təsdiq edən digər sənədlər;
  4. Tibbi sığorta sənədinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
  5. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri;
  6. 20 ABŞ dolları məbləğində dövlət rüsumu

Qeyd: Viza verilməsi üçün ödənilən dövlət rüsumu müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq geri qaytarılmır.

Arxiv üzrə axtarış