2015-01-25

Xocalı soyqırımı - XX əsrin faciəsi

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi 
 “Xocalı soyqırımı - XX əsrin faciəsi” mövzusunda elmi məqalələrin müsabiqəsini elan edir.



Müsabiqənin şərtləri:
-    Təqdim olunmuş məqalələr daha əvvəl heç bir yerdə nəşr olunmamalıdır;
-    Məqalə ingilis, fars və ya Azərbaycan dillərində təqdim oluna bilər;
-    Məqalə Times New Roman (ingilis və Azərbaycan dilləri üçün) və B Zar şrifti ilə (fars dili üçün), intervalsız, 14 ölçü ilə tərtib olunmalıdır;
-    Qeyd olunmuş tarixlərdən əvvəl və ya sonra göndərilmiş məqalələr nəzərdən keçirilməyəcəkdir;
-    Müsabiqə komissiyası tərəfindən seçilmiş məqalələr Xocalı faciəsinə həsr olunmuş və Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi tərəfindən keçiriləcək tədbirdə elan olunacaqdır;
-    I yerə layiq görülmüş məqalə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatiya Aləmi jurnalında və  Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin internet səhifəsində dərc ediləcəkdir;        
-    İlk üç yerin qalibləri Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır;
-    Qalib seçilmiş məqalələrin müəlliflərinin təmsil olunduqları təşkilata (universitet, araşdırma mərkəzi və s.) məqalə müəllifinin iştirakı və qalib gəlməsi ilə bağlı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi adından təşəkkür məktubu ünvanlanacaqdır;
-    Elmi məqalələr 2015-cü il yanvarın 25-dən fevralın 20-dək Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə elektron poçt vasitəsilə (e-mail: a.sh.yagubova@gmail.com) göndərilməlidir;
-    Məqalə müəllifinin əlaqə ünvanları (ad, familiya, iş yeri və ya təhsil aldığı/elmi araşdırma apardığı müəssisə, telefon, elektron poçt ünvanı) məqalə ilə birlikdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə göndərilməlidir. 

Arxiv üzrə axtarış